Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi
çərçivəsində İspaniya - Gürcüstan qarşılşaması davam edir.
Artıq qapılardan 3 top keçib. Gürcüstan 1, İspaniya isə 2 qol
vurub.
Robin Le Normand 18-ci dəqiqədə avtoqolun müəllifi olub. İspaniya
millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub. İlk
hissə 1:1 hesabı ilə başa çatdı.
İkinci hissədə Fabian Ruis 51-ci dəqiqədə İspaniya millisini
hesabda önə çıxardı.
Oyun Kölndəki "Reyn Enerqi" stadionunda keçirilir.
Qeyd edək ki, matçı fransalı referi Fransua Leteksye idarə
edir.