Parlament Rus qanununu ikinci oxunuşda dəstəkləyib.
Qanun layihəsini ikinci oxunuşda 83 deputat dəstəkləyib, 23 deputat
isə əleyhinə səs verib.
Mamuka Mdinaradze və Nika Samxaradze sessiyada iştirak etməyiblər.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Mdinaradze
səhhətinə görə iclası buraxıb, Nika Samxaradze isə ABŞ-dadır.
İlk səsvermədə iştirak etməyən Fridon İncia və Givi Çiçinadze
tərəfdarlar siyahısına əlavə edilib.
Qanunun qəbuluna üçüncü oxunuş qalıb. Üçüncü oxunuşda qanun
layihəsində yalnız redaksiya xarakterli dəyişikliklərə baxılır.
Üçüncü oxunuşda səsvermədən sonra Parlamentin qanunu qəbul etdiyi
hesab ediləcək.
Rus qanununun üçüncü oxunuşunun mayın 12-də keçiriləcək sessiya
həftəsində baş tutacağı gözlənilir.
Artıq prezident qanunu imzalamayacağını və ona veto qoyacağını
bəyan edib. Üçüncü səsvermədən sonra prezidentin qərar qəbul etməsi
üçün 14 gün vaxtı var.
Vetonun öhdəsindən gələcəyi təqdirdə, Şalva Papuaşvilinin qanunu
imzalayaraq dərc etdirməsi mümkündür. Bundan sonra qanun nəhayət
qəbul edilmiş sayılacaq.
Parlamentin sədri Şalva Papuaşvili bu gün qanun layihəsinin
müzakirəsi zamanı müxalifətdən olan 4 deputat - Tina Bokuçava,
Salome Samadaşvili, Tako Çarkviani və Qiorqi Botkoveli iclas
zalından çıxarıb.
Əksər hallarda, Papuaşvilinin izahatına görə, buna səbəb
deputatların mikrofonsuz danışması və onun xəbərdarlıq etməsinə
baxmayaraq danışığını dayandırmaması olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.