“Şəffaflıq qanunu”nun rusca olduğu yalan olduğu kimi, millinin tərkibini mənim müəyyən etməyim də o qədər yalandır – Kaladze
Tbilisi meri Kaxa Kaladze sosial şəbəkələrdə kimin futbol yığmasında çıxış edib, kimin oynamayacağına onun qərar verməsi ilə bağlı yayılan fikirləri absurd adlandırıb.

Kaxa Kaladzenin bəyanatını Tbilisi meriyası yayıb. Bəyanatda deyir ki, millinin tərkibinin onun tərəfdən “təyin edilməsi” “şəffaflıq qanunu rusyönümlü idi” qədər doğrudur. Bundan əlavə, Kaladze qeyd edir ki, “onlar təhlil aparıblar” və məlum olub
ki, ona qarşı oxşar ittihamları səsləndirənlər “şəffaflıq qanununa qarşı çıxan şəxslərdir”.

"Bu murdarlığa kiçik bir şərh vermək istəyirəm. Gürcü azarkeşləri incitmək istəmirəm. Futbolu bilənlərin onlara dəxli yoxdur. Amma o adamlar ki, futboldan ümumiyyətlə xəbəri yoxdur. 'Başa düşürəm, bunu onlar üçün deyirəm, bu, böyük bir absurddur, sanki mən qərar qəbul edirəm və Budu Zivzivadze ilə milli komanda haqqında belə şərhlər yazıldığını görmüşük, bunu yazanlar “şəffaflıq qanunu”na etiraz edənlərdir.

2012-ci ilə qədər bundan da pis iş görürdülər. Necə ki, “şəffaflıq qanunu” rusyönümlü idi, eləcə də mənim tərəfimdən Gürcüstan millisinin tərkibinin təyin olunması və kimin oynayacağına, kimin oynamayacağına qərar verilməsi yalandır. Bu, çox böyük cəfəngiyyatdır”,
- deyə paytaxt meri bildirib.

Gürcüstan millisi Avropa çempionatında artıq iki oyun keçirib. Hücumçu Budu Zivzivadze Türkiyəyə qarşı yalnız son 5 dəqiqədə meydana çıxıb.

Sosial şəbəkədə bu məsələ ilə bağlı müzakirələr başlayandan sonra Budu Zivzivadzenin atası Kaxa Zivzivadze yazıb: "Bu qədər şəxsi suallar var, niyə? Heç nə bilmirəm, mənə də maraqlıdır. Ümid edirəm ki, futbol mütəxəssisləri deyəcəklər".

Gürcüstan millisi ikinci turda Çexiya ilə 1:1 hesablı heç-heçə edib. Portuqaliya ilə qrup mərhələsinin son oyunu iyunun 26-da, Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google