Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçən bir xarici ölkə vətəndaşını saxlayıb
Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçən bir xarici ölkə vətəndaşını saxlayıb.

Məlumatı Daxili İşlər Nazirliyinin sərhəd polisi yayıb.

“1996-cı ildə Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşları xidməti itdən istifadə etməklə Batumi diviziyasının “Sarpi” sərhəd sektorunun mühafizə bölməsində 1996-cı il təvəllüdlü əcnəbi vətəndaş E.M. –ni saxlayıblar. O, Gürcüstanın dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb.

Bu
cinayət üç ildən beş ilədək müddətə cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Türkiyə Respublikasından Gürcüstan istiqamətində sərhəd-nəzarət məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçib.

"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi, Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə ilə aparılır", - məlumatda deyilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google