Gürcüstan - İspaniya oyunu başa çatdı - qapılardan 5 qol keçdi
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılaşması başa çatdı. Oyun ərəfəsində qapılardan ümumilikdə 5 top keçdi. Oyunda Gürcüstan 1, İspaniya isə 4 qol vurdu.

Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi oldu. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirdi. 51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə çıxardı.
Komandanın üçüncü qolunu Niko Uilyams (75) vurdu. Sonuncu qolu isə İspaniya millisinin üzvü Dani Olmo vurdu. O, topu Gürcüstan qapısından 83-cü dəqiqədə keçirə bildi.

Oyun İspaniyalıların 4:1 hesablı qələbəsi ilə başa çatdı.

Xatırladaq ki, oyun Kölndəki "Reyn Enerqi" stadionunda keçirildi və matçı fransalı referi Fransua Leteksye idarə edirdi.

Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.

Onu da əlavə edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılşacaq. Görüş iyulun 5-də, Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google