Marneulidə eksternat imtahanlarına 42 nəfər qeydiyyatdan keçib

Marneulidə eksternat imtahanlarına 42 nəfər qeydiyyatdan keçib.


Gürcüstan Elm, Təhsil və Gənclər Nazirliyi I-XII siniflərin proqramının eksternat formasında verilməsini istəyənlər üçün qeydiyyat və imtahan vaxtlarını 21 iyuldan 2 iyula qədər müəyyən edib.
Yerli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, gürcüdilli məktəblərə qeydiyyatdan keçmiş şəxslər mərkəzləşdirilmiş şəkildə, kompüter vasitəsilə verəcəklər. Digər
hallarda isə imtahanı təhsil müəssisələrinin özü təmin edəcək. Təhsil Resurs Mərkəzinin nümayəndəsinin sözlərinə görə, imtahana başlanğıc pillə və eləcə də baza, orta pilləyə qeydiyyatdan keçə bilərlər. Müraciət edənlərdən elələri də var ki, məktəb vaxtında təhsillərini yarıda qoyublar və indi attestat almaq istəyirlər.

"Şəxsin yaşı eksternat imtahanına uyğundursa və ya təhsil almalı olduğu sinif şagirdlərindən artıqdırsa, əvvəlki siniflərin təhsil proqramını keçibsə, bu halda imtahanda iştirak etmək hüququ var", – İrma Davadze bildirib.

Eksternat imtahanına qeydiyyat Marneuli Təhsil Resurs Mərkəzində 12 iyundan 18 iyun tarixinə qədər həyata keçirilib.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google