Marneuli meriyası Qurban bayramı üçün 7 875 lari dəyərində ət alıb

Marneuli meriyası Qurban Bayramında ehtiyacı olan ailələr üçün 375 kiloqram ət alıb.

Yerli özünüidarə 150 ailəyə 2,5 kiloqram ət almaq üçün 7875 lari xərcləyib. Meriya 1 kiloqram ətə 21 lari ödəyib və ət sadələşdirilmiş qaydada fərdi sahibkar Cəmil Xasməmmədovdan alıb.

“Xatırladaq ki, Marneuli şəhərində hər il Qurban Bayramı qeyd olunur. Həmin bayram bu il 16-17-18 iyun
tarixlərində qeyd olunacaq. Bayramda ehtiyacı olan ailələrə ət verilir. Ona görə də bu il Qurban Bayramını qeyd etmək üçün, belə ailələrin ət ilə təmin edilməsi üçün 150 ailəyə kifayət edəcək (hər ailəyə təxminən 2,5 kq) mal əti (təxminən 375 kq) lazımdır. Xahiş edirik, nəzərə alasınız və bayram günlərində ehtiyacı olan ailələri ət ilə təmin etmək üçün mal alasınız”,
– izahatnamədə yazılıb.

Qeyd edək ki, Qurban Bayramı üç gün ərzində qeyd olunur və müsəlmanların inancına görə, bu xeyirxahlıq, bağışlanma və sevgi ifadə etmək üçün ən gözəl günlərdir.

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google