Marneulinin kəndlərində güclü külək nəticəsində ağaclar yıxılıb və elektrik xətləri sıradan çıxıb
Dünən, 20 iyun tarixində Marneuli bələdiyyəsində güclü külək nəticəsində ağaclar yıxılıb və bir neçə yolu bağlayıb.
Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, meriyanın müvfiq xidmətləri dünən yola yıxılmış ağacları təmizləyiblər.

Meriyanın İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatına görə, təmizləmə işləri indiyə qədər davam edir. Meriyadan bildirirlər ki, ziyanı hesablayacaq komissiya qrupları kəndlərə gediblər və yerindəcə mövcud vəziyyəti araşdırırlar.

Meriyadan neçə kənddə ağacların yıxıldığını dəqiq bildirmirlər.

Fövqəladə Halların İdarəolunması Agentliyindən “Marneuli” radiosuna bildiriblər ki, güclü külək nəticəsində Marneulidə heç kim xəsarət almayıb və yolların təmizlənməsi prosesinə onların xidməti də qoşulub.

Güclü küləyə görə elektrik enerjisi xətləri sıradan çıxıb. “Energo-Pro-Georgia”-dan “Marneuli” radiosuna bildirdilər ki, xətlərə bir neçə yerdə ziyan dəyib və buna görə Marneulinin bəzi kəndlərinə elektrik enerjisi verilmir. Elektrik xətlərinin sıradan çıxmasına görə Marneulinin Saimerlo kəndi və Marneuli şəhərində su təchizatı da məhdudlaşdırılıb. Çünki içməli su nasosları işləmir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google