Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda
keçiriləcək.
Azərbaycan Minifutbol Federasiyasının bununla bağlı müraciəti
müsbət cavablandırılıb.
Bu gün Bakıda bununla bağlı təqdimat mərasimi keçirilib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol
Federasiyasının prezidenti Orxan Məmmədov qonaqları
salamlayıblar.
Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda dünya
çempionatının Azərbaycanda keçirilməsinin
önəmini vurğulayıb.
Rəsmi çıxışlardan sonra minifutbol üzrə dünya çempionatının 2025-ci
ildə Bakıda keçirilməsi ilə bağlı Orxan Məmmədov və Filip Juda
arasında anlaşma memorandumu imzalanıb.
Həmçinin, "Bakı-2025"in təşkilatçılığı ilə bağlı Azərbaycan
Minifutbol Federasiyası və Bakı Şəhər Halqası arasında müqavilə
imzalanıb.
İmzalanma mərasimindən sonra Azərbaycan haqqında xüsusi videoçarx
nümayiş olunub, 2022-ci ildə Slovakiyada keçirilən Avropa
çempionatında qızıl medallar qazanan minifutbol üzrə milli
komandamızın üzvlərinə idman ustası medalları və vəsiqələri təqdim
olunub.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.