İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Hökumətin məlumatında, tərəflərin Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın mühüm məsələlərini və regionda mövcud vəziyyəti müzakirə etdikləri deyilir. İqtisadi əməkdaşlıq və regional əhəmiyyətli layihələrə diqqət yetirilib. Böyük infrastruktur və enerji layihələrinin həyata keçirilməsində birgə səylərin əhəmiyyəti qeyd edilib.

Gürcüstan hökumətinin məlumatında qeyd olunduğu
üzrə, Bakı-Tbilisi-Qars dəmir yolu, Qara dəniz sualtı elektrik kabeli və Anaklia dərinsu limanı da daxil olmaqla tranzit və logistika funksiyasının gücləndirilməsinə yönəlmiş layihələrin xüsusi əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov Gürcüstanın milli komandasının Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlməsi münasibətilə İrakli Kobaxidzeni təbrik edib.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google