Dəfələrlə sübut etmişik ki, Gürcüstan hər zaman Cənubi Qafqazda
dinc yanaşı yaşamanın tərəfdarı olub
- bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə
birgə keçirilmiş brifinqdə deyib.
Darçiaşvili, Gürcüstanın hər zaman Cənubi Qafqazda dinc yanaşı
yaşamanın tərəfdarı olduğunu və bunu dəfələrlə sübut etdiyini
bildirib.
“Bu gün biz regionda sülh və sabitliyin əhəmiyyətindən
danışdıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh
danışıqları prosesi sonda, hər iki tərəf üçün məqbul nəticə ilə
başa çatacaq, bu da regionda uzunmüddətli və davamlı sülhün təmin
edilməsi üçün ən mühüm impuls olacaq. Dəfələrlə sübut etmişik ki,
Gürcüstan hər zaman Cənubi Qafqazda dinc yanaşı yaşamanın tərəfdarı
olub, biz hər zaman tərəflər arasında konstruktiv ünsiyyəti təşviq
etməyə və qarşılıqlı faydalı əməkdaşlıq baxımından konkret addımlar
atmağa hazırıq” - İlia Darçiaşvili qeyd edib.