Saxta 100 və 200 larilik əskinasları istifadəyə verən 3 şəxs həbs olunub
Maliyyə
Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə saxta əskinasların
istifadəyə verilməsi ittihamı ilə üç nəfəri həbs
ediblər.
Nazirliyin məlumatına görə, istintaq müəyyən edib ki, bir halda
ittiham olunan şəxs Kaxeti regionunda 200 lari nomianlında saxta
əskinası istifadəyə verib. İkinci halda isə o, Tbilisi şəhərində və
Şida Kartli regionunda yerləşən ticarət obyektlərində saxta 100 və
200 larilik əskinasları istifadəyə verib.
İstintaq nəticəsində saxlanılan şəxslərdən ümumilikdə 4 150 lari
dəyədində müxtəlif nominalın saxta əskinasları aşkralnaıb.
İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 212-ci maddəsinin birinci
hissəsi ilə gedir. Maddə cəza olaraq 4 ildən 7 ilə qədər azadlıqdan
məhrum edilməni nəzərdə tutur.