Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri moped idarə edən
şəxslərin sürücülük vəsiqələrinə ehtiyacları olduğunu bildirib.
Vaxtanq Qomelaurinin sözlərinə görə, bu mərhələdə videokamera ilə
mopedlərə nəzarət etmək mümkün deyil və buna görə yol qəzaları
tez-tez baş verir.
“Bu məsələ üzərində işləyirik. Şəhərdə moped sürməyin
çətin və ağrılı bir mövzu olduğu ilə razılaşıram. Əsas problem odur
ki, videokameralarla hərəkətlərinə nəzarət edə bilmirik, cərimə edə
bilmirik, buna görə sərbəst gəzirlər və təəssüf ki, tez-tez yol
qəzaları olur. Mopedlər tezliklə qeydiyyata alınacaq və sürücülük
vəsiqəsi almalı olacaqlar", – deyə Qomelauri
bildirib.
Ölənlərin sayına gəlincə, Daxili İşlər naziri məlumatların
"katastrofik" bir şəkildə artmadığını söyləyib.
"Moped ilə ölüm halları azdır. Buna A kateqoriyalı
sürücülük vəsiqəsinə ehtiyacı olan güclü motosikllərdə daha tez-tez
rast gəlinir. Xatırladığıma görə, qanun layihəsi iki oxunuşda
Parlamentə təqdim edildi və yaxında qeydiyyatdan
keçirəcəyik", – deyə Qomelauri bildirib.