Kobaxidze iddia edir ki, Avropa İttifaqı komissarlarından biri Fizonun taleyini bölüşməklə hədələyib
Baş nazir İrakli Kobaxidze iddia edir ki, Avropa komissarlarından biri onu Slovakiyanın baş naziri Robert Fizonun taleyini bölüşməklə hədələyib. Lakin onun kim olduğu açıqlanmır.

Xatırladırıq ki, mayın 15-də Fizo küçədə güllələnərək yaralanıb.

“Cəmiyyət “Şəffaflıq haqqında” qanun ətrafında baş verənləri müşahidə edir və görür ki, bir sıra yüksək rütbəli xarici siyasətçilər gürcü xalqına və seçdikləri hakimiyyətə qarşı
hətta açıq şantajdan belə çəkinmirlər. Biz bu cür təhqiramiz şantajlara çoxdan öyrəşmişik və bu, həm cəmiyyət, həm də hakimiyyət üçün mahiyyət etibarı ilə aktuallığını itirib.

Lakin uzun sürən şantaj şəraitində belə, Avropa komissarlarından biri ilə telefon danışığı zamanı səslənən təhdid şok yaratdı. Xüsusilə, Avropa komissarı mənimlə söhbətində Qərb siyasətçilərinin şəffaflıq qanununa vetonu dəf etdikdən sonra görə biləcəyi bir sıra tədbirləri sadaladı və bu tədbirləri sadalayarkən qeyd etdi ki, “Fizonun başına gələni gördünüz, ehtiyatlı olmalısınız”,
- Gürcüstan hökumətinin rəsmi saytında dərc olunan bəyanatda deyilir.

Kobaxidze yazır ki, o, bu məlumatı profilaktika məqsədilə açıqlayır. Baş nazir “Qlobal Müharibə Partiyası” ilə bağlı sui-qəsd nəzəriyyələrini yaymaqda davam edir və iddia edir ki, “ilkin məlumatlara görə, baş nazirə hücumun arxasında Qlobal Müharibə Partiyasının xüsusi xidmət orqanları ilə xüsusilə sıx əlaqəli olan ölkələrdən birinin xüsusi xidmət orqanları dayanır".

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google