Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərkəzi
Kriminal Polis İdarəsinin, Tbilisi, Acarıstan, Sameqrelo-Zemo
Svaneti, Kaxeti və İmereti polis idarələrinin əməkdaşları Baş
Prokurorluqla birlikdə narkotik cinayətləri, o cümlədən 11-i
narkotik maddə ilə bağlı ittihamlarla 24 nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında
həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
müxtəlif növ külli miqdarda və xüsusilə külli miqdarda narkotik
vasitə maddi sübut kimi götürülüb. Polis hakimin hökmü əsasında
narkotik vasitələrin bir neçə dəfə nəzarətli alışını həyata keçirib
və saxlanılan şəxslərdən həmin alışların gizli audio-video çəkilişi
aparılıb.
Narkotik cinayətlərində təqsirli bilinərək saxlanılan şəxslərin
fərdi və yaşayış evlərinə baxış zamanı hüquq-mühafizə orqanları
əməkdaşları tərəfindən onların göstərdikləri müxtəlif ünvanlardan
da külli miqdarda narkotik vasitə, o cümlədən “Kokain”,
“Buprenorfin”, “Metadon”, "MDMA", "Alpha PVP", "ketamin", "Bio",
"Metamfetamin" və "Marixuana" aşkar edilərək götürülüb.
Polis şübhəlilərdən pul və elektron tərəziləri sübut kimi götürüb.
Həmçinin narkotik cinayətləri törətməkdə ittiham edilərək
saxlnaılan 3 nəfərdən silah-sursat maddi sübut kimi
götürülüb”, - Daxili İşlər Nazirliyinin məlumatında
deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 262, 265, 18-260,
19-260, 273, 19-273 və 236-cı maddələri ilə aparılır.
Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415