Gürcüstan prezidenti Salome Zurabişvili Niderlandın baş naziri
Mark Rutteni NATO-nun baş katibi vəzifəsinə təyin olunması
münasibətilə təbrik edib.
Zurabişvili işinə görə Yens Stoltenberqə təşəkkür edir və qeyd edir
ki, Ruttenin rolu demokratiya və azadlığın qorunmasında mühüm rol
oynayacaq.
“Mark Rutteni NATO-nun baş katibi seçilməsi
münasibətilə təbrik edirəm. Bu həlledici və çətin zamanda sizin
rolunuz demokratiya və azadlığı qorumaq üçün davamlı sülhün bərpası
prosesində mühüm rol oynayacaqdır.
Ümid edirik ki, sizin rəhbərliyiniz genişlənmiş ittifaqı
səbirsizliklə gözləyənlər üçün yeni və daha sıx əlaqələrin
qurulmasında uğurlu olacaqdır.
Yens Stoltenberqə nümunəvi xidmətinə və fədakarlığına görə təşəkkür
edirəm”, - Salome Zurabişvili yazır.
Şimali Atlantika Şurası Hollandiyanın baş naziri Mark Rutteni
NATO-nun baş katibi vəzifəsinə təsdiqləyib. O, Yens Stoltenberqi
əvəz edəcək və 2024-cü il oktyabrın 1-dən vəzifəsinin icrasına
başlayacaq.
Alyansın hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti
oktyabrda başa çatmalıdır - o, alyansa 2014-cü ildən rəhbərlik edir
və Rusiya Ukraynada müharibəyə başlayandan bu müddət bir neçə dəfə
uzadılıb.
Mark Rutte vəzifəyə gəldikdən sonra müxtəlif istiqamətlərdə, o
cümlədən alyansın Ukraynaya dəstəyində cəmləşməli olacaq. Bununla
belə, Donald Tramp Ağ Evə qayıdarsa, Rutte Trampın NATO ilə bağlı
skeptisizmi ilə işləməli olacaq.