Tbilisi meriyasının məlumatına görə, iyulun 3-dən avqustun 6-dək
vətəndaşlara imtahan mərkəzlərinə əlavə bələdiyyə avtobusları
xidmət göstərəcək.
Kaladzenin sözlərinə görə, avtobuslar standart tariflə səhər saat
06:00-dan 20:00-a kimi hərəkət edəcək.
Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan
dövründə iyulun 3-dən avqustun 6-dək imtahan mərkəzlərinə bələdiyyə
avtobuslarının əlavə marşrut xətləri ayrılacaq.
Müxtəlif dövlət məktəblərində imtahan verməli
və ya abituriyentlərə
xidmət etməli olanları avtobuslar imtahan mərkəzlərinin yerləşəcəyi
Tbilisinin N39, N103, N133, N147, N175, N177, N191 və N207 dövlət
məktəblərinə aparacaq. Bu müvəqqəti marşrutlarda avtobuslar saat
06:00-dan axşam saat 20:00-dək standart tariflə vətəndaşlara xidmət
göstərəcək.
Kaxa Kaladze bildirib ki, müvəqqəti marşrutlar haqqında ətraflı
məlumat meriyanın saytında yerləşdiriləcək.
175 nömrəli avtobuslar Aleksandre Qobronidze küçəsindən ("Axmeteli
Teatrı" metrostansiyası ilə bitişik ərazi) dövlət məktəbi
istiqamətində hərəkət edəcək;
Dövlət məktəbləri istiqamətində hərəkət edən 39, 177 və 191 nömrəli
avtobuslar da Qobronidze küçəsindən (Axmeteli metrosuna bitişik
ərazi) sərnişinlərə xidmət göstərəcək;
103 nömrəli avtobuslar "Samqori" metrostansiyasının yuxarı çıxışına
bitişik ərazidən (Kaxeti şossesi) dövlət məktəbi istiqamətində
hərəkət edəcək;
147 nömrəli avtobuslar “Didube” metrostansiyası ətrafındakı
ərazidən (Anzor Abulaşvili küçəsi, keçmiş Nəqliyyat küçəsi) dövlət
məktəbi istiqamətində hərəkət edəcək;
133 və 207 nömrəli dövlət məktəblərinə gəlincə, imtahan mərkəzləri
“Ğrmağele” metrostansiyasının yaxınlığında yerləşir. Müvafiq
olaraq, sərnişinlər təyinat yerinə çatmaq üçün mövcud nəqliyyat
vasitələrindən istifadə edəcəklər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415