DİN: 2000-ci il təvəllüdlü kişi 2 nəfəri yaralayıb, onlardan biri ölüb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis 2000-ci il təvəllüdlü A.U. -nu qəsdən adam öldürmə maddəsi ilə saxlayıb.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

İstintaqla müəyyən edilib ki, Duşeti bələdiyyəsi ərazisində yerləşən kənd təsərrüfatı bazarının ərazisində təqsirləndirilən şəxs A.U iki nəfərə soyuq silahla xəsarət yetirib və hadisə yerindən gizlənib.

Aldıqları ağır xəsarətlər nəticəsində B.S.
tibb müəssisəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıblar. Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google