Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə,
Gürcüstan NATO sammitində təmsil olunacaq.
O, bu barədə iyunun 27-də jurnalistlərə danışıb.
Onun sözlərinə görə, NATO sammitinə kimin gedəcəyi daha sonra
dəqiqləşdiriləcək.
"Məsləhətləşmələr olacaq, əsas odur ki, ölkə sammitdə
təmsil olunacaq, qalan detallar dəqiqləşdiriləcək. Sonra
təfərrüatlar barədə sizə məlumat verəcəyəm. Ölkə NATO sammitində
təmsil olunacaq", - Baş nazir bildirib.
NATO-nun Vaşinqton sammiti iyulun 9-11-də keçiriləcək. “Agentlər
qanunu”nun qəbul edilməsinə və anti-Qərb ritorikasına baxmayaraq,
Şimali Atlantika Müqaviləsi Təşkilatı bir neçə gün əvvəl Gürcüstanı
dəvət edib.
İyunun 24-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri
üzrə köməkçisi olan yüksək vəzifəli Ceyms (Cim) O'Brayen
Vaşinqtonda sammitlə bağlı jurnalistlərlə görüşündə suallardan
birinə cavab olaraq deyib:
“Bəli, Gürcüstan və bütün tərəfdaşlar dəvət
olunacaq”.
Sonra o, bir daha qeyd etdi ki, artıq Gürcüstan nümayəndələrinə
“tərəfdaşlıq tədbirləri”ndə iştirak etmək üçün dəvət
göndərilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415