Yağış yağan zaman Marneuli səkilərində yaranan “kiçik çay”
Yağış yağan zaman Marneuli küçələri uşaqlar üçün sevimli oyun meydançasına çevrilə bilər, çünki demək olar hər küçədə, xüsusilə mərkəzi Rustaveli küçəsində keçilməz gölməçələr əmələ gəlir.

Yağış yağan zaman kiçik çay adlandırıla biləcək yerlərdən biri poçt binasının qarşısında yerləşən piyadaların hərəkət etdiyi hissədir.



İşə islanmış ayaqla getmək istəmirsinizsə buradan keçmək üçün rezindən böyük çəkmə, hərbi ayaqqabı və ya su keçirməyən ayaqqabıdan başqa heç nə geyinmək olmaz.

Demək olar ki, Marneuli əhlisi yağışlı havada səkidə hərəkət etməyi unudub. Çox hallarda piyadalar maşınların hissəsində hərəkət edir ki, yağışdan yaranmış çayda üzməli olmasın. Elə adamlar da var ki, böyük yəqinliklə su gölməçəsinə düşür.



Marneuli sakinləri yağışlı havalarda 2021-ci ilə qədər başqa yol axtarmalı olacaqlar. Çünki səkilərdə gölməçəyə düşməyəcəklər. Gürcüstanın Birləşmiş Su Təchizatı şirkəti tərəfindən Marneulidə və Bolnisidə kanalizasiya sisteminin dəyişdirilməsi üçün elan edilmiş tender 17 apreldə başa çatdı. Layihəyə əsasən Bolnisi və Marneuli bələdiyyələrində axan suların tam bioloji silsiləni qorumaqla təmizləyəcək sistemin yaradılmasına 55 940 022 dollar sərf olunacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google