Polşada son sutka ərzində bu ilin əvvəlindən bəri rekord sayda
koronavirusa yoluxma halı aşkar edilib.
Bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski məlumat verib.
O, bununla əlaqədar bu gün yeni məhdudiyyətlərin elan ediləcəyini
söyləyib. “
Slovakiya və Çexiyadakı epidemiya vəziyyəti
ilə əlaqədar cənub sərhədlərimizə doğru hərəkəti məhdudlaşdırmağa
doğru irəliləyirik. Həmçinin şərf və plastik üz qoruyucuların
maskaların əvəzi olaraq istifadə edilməsinin qarşısını almaq
istəyirik”, - nazir deyib.
Nazir həmçinin hökumətin məhdudiyyətlərin bölgələndirilməsini
tətbiq etmək istədiyini söylədi.
Mənbə: report.az