Gürcüstan DTX əməkdaşları ölkə ərazisində radioaktiv maddələrin qanunsuz satışının qarşısını alıblar
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks Kəşfiyyat Departamentinin əməkdaşları ölkə ərazisində radioaktiv maddələrin qanunsuz satışının qarşısını alıblar.

Bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumatda bildirilir ki, saxlanılan iki şəxs Kutaisidə ümumi dəyəri 300 min avro olan “Ameritsin-241” (Am241) radioaktiv maddəsini satmağa cəhd ediblər.

Bu maddə insan orqanizmi üçün çox təhlükəlidir.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google