Rustavi şəhərinin 19-cu mikrorayonunda avtomobil qəzası baş verib.
“İnfo Rustavi”nin məlumatına görə, “Toyota” və “Mercedes” markalı
avtomobillər toqquşub.
Qəza zamanı sərnişinlərdən biri xəsarət alıb. Xəsarət alan şəxsə
təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində ilkin tibbi
yardım göstərilib.
Hadisə yerinə patrul polisi də səfərbər edilib.