17 may tarixində Marneulidə Ədliyyə Evi fəaliyyətinə adi qaydada davam edəcək
Mayın 17-də ölkənin bir sıra bölgələrində Ədliyyə Evləri fəaliyyət göstərəcək. Ədliyyə Evinin Marneulidə yerləşən filialı da adi qaydada işləməyə davam edəcək. Sabah, 17 may tarixində ölkədə qeyri-iş günü elan edilib. Ölkədə tədris müəssisələri və bir sıra qurumlar fəaliyyət göstərməyəcək. Ancaq, bölgələrdə mövcud olan Ədliyyə Evləri adi qaydada işləyəcəklər. Bu barədə Ədliyyə Evi rəsmi feysbuk səhifəsində məlumat yayıb.

“Nəzərinizə çatdırırıq ki, mayın 17-də ailə müqəddəsliyi və valideynlərə hörmət günü ilə əlaqədar elan olunmuş bayramda Ədliyyə Evinin aşağıda qeyd olunan filialları müştərilərə müxtəlif xidmətlər göstərəcək.

Sabah istifadəçilər üçün aşağıda təqdim olunan xidmətlər əlçatan olacaq.

Ədliyyə Palatasının şöbələri şəxsə aid hazır sənədləri (o cümlədən, mayın 17-də veriləcək Gürcüstan vətəndaşının pasportu, şəxsiyyət vəsiqəsi, doğum, nikah, ölüm haqqında vəsiqə və s.) verir.

Gürcüstan vətəndaşının elektron şəxsiyyət (müvəqqəti yaşayış yeri) vəsiqəsi və biometrik pasportunu eyni gündə almaq istəyən istifadəçilər yalnız Tbilisinin Mərkəzi, Batumi və Kutaisi Ədliyyə Evlərinə müraciət edə bilərlər.

İlkin doğum və ölüm haqqında şəhadətnamələr aşağıda sadalanan bütün filiallar tərəfindən verilir.

Nikah evləri gün ərzində normal qaydada fəaliyyət göstərəcək”,
– məlumatda bildirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google