Gürcüstan millisinin qarşılanma tədbiri iyulun 2-də saat
22:00-da Azadlıq meydanında keçiriləcək.
Gürcüstan futbol komandası debüt Avropa çempionatının 1/8 final
mərhələsində İspaniya yığmasına məğlub olaraq, yarışdan
kənarlaşdırılıb.
Milli komandanın təyyarəsi bu gün, iyulun 2-də, saat 07:30-da
Tbilisi hava limanına enib.
"İyulun 2-də saat 22:00-da Azadlıq Meydanında
görüşəcəyik. Birlikdə görüşək, futbol komandamıza birlikdə təşəkkür
edək. Gəlin birlikdə Gürcüstan himnini oxuyaq, gürcü futbol
möcüzəsini birlikdə qeyd edək.
Saat 21:30-da futbol komandası açıq avtobusda Mixail Mesxi
stadionundan Azadlıq meydanına doğru yürüşə
başlayacaq”, - bəyanatda bildirilir.