Müəllim “Gürcü arzusunun” Kutaisidə keçirilən görüşünə buraxılmayıb və saxlanılıb

Uşaq Ədəbi Klubunun təsisçisi, müəllim Mişiko Mumladze bu gün, aprelin 22-də Kutaisidə saxlanılıb.

Ailə üzvləri onu 4 saat axtarıblar.

Mişiko Mumladze həbs olunmazdan əvvəl Facebook-da yazıb ki, o, Kutaisidəki Mesxişvili teatrına gedib və orada homofob qanunun təsdiqi üçün konstitusiya dəyişikliklərinin ictimai müzakirəsi keçirilib.

“Gürcü arzusunun” Mesxisvili teatrında xalqla görüşü var və məni içəri buraxmırlar. Lakin bu, azyaşlılara və ailə dəyərlərinə aiddir. Ailəm və 300 tələbəm var.
Mamuka Mdinaradze, de ki, məni içəri buraxsınlar”,
- o yazıb.

4 saat sonra Daxili İşlər Nazirliyi Mumladzenin İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi - xuliqanlıq maddəsi ilə saxlanıldığını açıqlayıb. O, hazırda polis bölməsindədir və tezliklə məhkəməyə aparılacaq.

İctimai müdafiəçi məsələ haqda məlumatlandırılıb.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google