Marneulidə bağça müəllimlərinin “Gürcü Arzusu”-nun aksiyasına səfərbər edilməsi
“Rəhbərimiz dedi ki, 29 aprel tarixində konsert keçiriləcək və sizi oraya aparmalıyıq. Marşrut ya avtobus gələcək və hamımız gedəcəyik. Uşaq Bağçaları Birliyinin rəhbəri bağçanın yanında duracaq və hamını qeydə alacaq. Sonra işinizi itirəndə mənim yanıma gəlməyin. Mənə nə tapşırıblar sizə onu deyirəm”, – Marneuli uşaq bağçalarından birinin müəllimi bildirir. O, 29 aprel tarixində “Gürcü Arzusu”-nun planlaşdırdığı aksiyaya getmək istəmir. Marneuli bağçalarında işləyən başqa adamlar da “Marneuli” radiosuna buna oxşar mətnlər göndəriblər. Onlar kimliklərini açıqlamağa razılıq vermirlər və xahiş edirlər ki, məqalədə onların ad, soyadı gizli qalsın.

“İşdən sonra aparacağıq, saat 5-dən sonra dedilər. Təsəvvür edin, bu qədər uşaqla işləməli olursan, yorğun vəziyyətdə bundan sonra orada ayaqüstə dayanmalıyıq. Ötən il ya nişil də apardılar və heç içməyə su da vermədilər. İstidə ayaqüstə dayanmışdıq. Yəqin indi də belə bir gün keçirəcəyik”, – Marneuli bağça müəllimlərindən biri qeyd edir.

Jurnalistin uşaq bağçalarının əksəriyyətinin “Gürcü Arzusu”-nun planlaşdırdığı aksiyanı dəstəkləyirmi sualına müəllim belə cavab verdi:

"Bu ölkədə nə baş verdiyini bilən və anlayanlar, heç kim ora getmək istəmir. Bizi ora heç bir konsertə aparmırlar. Nəyə əsaslanaraq getməliyəm, mənə mükafat veriblər, bu qədər uşağa baxdığıma görə, bir dəfə də olsa diplom veriblər? Bəzən yuyucu vasitələri, salfetkanı də özümüz alırıq. İndi adam lazımdır deyə bağçanı çağıracaqlar. Bu qədər adamı heyvan kimi doldurub aparacaqlar, özlərinə də hörmət etmirlər. Bu təzyiqdir, başqa nədir ki?” – pedaqoq bildirir.

Müəllimlərin verdiyi məlumatı Marneuli kənd bağçalarından birinin rəhbəri də təsdiq etdi. “Marneuli” radiosu onunla “Gürcü Arzusu”-nun nümayəndələrindən biri kimi tanış oldu və 29 aprel tarixində baş tutacaq aksiyaya neçə nəfər əməkdaş aparacğını soruşdu.

- Mən Rustavidən, ofisdən sizə zəng vururam. Bağçaların siyahısını düzəltməliyəm və neçə müəllim gətirirsiniz?
- 35-ə yaxın.
- Onlar üçün nəqliyyat təmin olunubmu?
- Hə, hə.


“Marneuli” radiosu məlumatı aydınlaşdırmaq üçün Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmova zəng vurdu. Kərəmov bizim bağça müəllimlərinin aksiyaya aparılması ilə bağlı sualımızı təkzib etdi və bildirdi ki, yanlış məlumat almışıq.

“Yanlış məlumat alıbsınız və söhbəti davam etdirmək düzgün olmaz”, – Kərəmov bildirir.

O, Jurnalistin Kərəmovun aksiyaya gedib getməyəcəyi ilə bağlı sualına cavab verib ki, bu onun şəxsi işidir.

“Hələ qərar verməmişəm, istəsəm gedəcəyəm”, – Kərəmov bildirir.

“Dövlət xidməti haqqında” qanunun 15-ci maddəsinə əsasən, dövlət məmurunun öz mövqeyindən partiya (siyasi) məqsədlər üçün və/və ya maraqları üçün istifadə etmək hüququ yoxdur. Həmçinin, dövlət işçisinin iş vaxtı və ya vəzifə səlahiyyətlərini həyata keçirərkən təşviqat və seçkiqabağı kampaniyada iştirak etmək hüququ yoxdur. Dövlət işçisinin hər hansı siyasi partiya, seçki subyekti, seçki subyekti namizədinin müdafiəsi və ya əleyhinə təşviqat prosesində inzibati resurslardan istifadə etməsi qadağandır. Həmin qanunun 68-ci maddəsinə əsasən, dövlət işçisi öz vəzifə səlahiyyətlərini siyasi neytrallıq prinsipinə uyğun həyata keçirir ki, bu da onun iş vaxtında siyasi fəaliyyətdən çəkinmək öhdəliyini nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google