İyulun 2-də saat 22:00-da Azadlıq Meydanında milli komandanın qarşılanması tədbiri keçiriləcək

Gürcüstan millisinin qarşılanma tədbiri iyulun 2-də saat 22:00-da Azadlıq meydanında keçiriləcək.



Gürcüstan futbol komandası debüt Avropa çempionatının 1/8 final mərhələsində İspaniya yığmasına məğlub olaraq, yarışdan kənarlaşdırılıb.

Milli komandanın təyyarəsi bu gün, iyulun 2-də, saat 07:30-da Tbilisi hava limanına enib.

"İyulun 2-də saat 22:00-da Azadlıq Meydanında görüşəcəyik. Birlikdə görüşək, futbol komandamıza birlikdə təşəkkür edək. Gəlin birlikdə Gürcüstan
himnini oxuyaq, gürcü futbol möcüzəsini birlikdə qeyd edək.

Saat 21:30-da futbol komandası açıq avtobusda Mixail Mesxi stadionundan Azadlıq meydanına doğru yürüşə başlayacaq”,
- bəyanatda bildirilir.

Mənbə: Tabula

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google