Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb - VİDEO
13:20 / 21.04.2019
Şri-Lankada Pasxa bayramı zamanı kilsə və
otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə
çatıb.
"Marneuli" Radiosunun ONA-ya istinadən xəbər verir ki, bu barədə
“News 1ST” portalı məlumat yayıb.
Xəsarət alanlar arasında 35 əcnəbi var. Onlardan ən azı 4-ü Çin
vətəndaşıdır.
Bundan əvvəl 160 nəfərin öldüyü, 500 nəfərin yaralandığı
bildirilib.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz
üzərinə götürməyib.