Dövlət Təhlükəsizliyi Xidməti cari aksiyalarla bağlı məlumat yayıb

Dövlət Təhlükəsizliyi Xidməti hələ də “inqilabi ssenari” haqqında danışır və bildirir ki, “müəyyən qruplar” Gürcüstan parlamentindəki hazırkı aksiyalar zamanı “təxribatlar” təşkil etməyə çalışırlar ki, bu isə onların fikrincə, “dağıdıcı və zorakılıq” ssenariləri inkişaf etdirməkdir”.

DTX-nin fikrincə, bütün bunlar “xarici ölkələrdən maliyyələşmə”, konkret parlament və qeyri-parlament siyasi partiyalarının liderləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən idarə
olunur.

Agentliyin geniş bəyanatında o da qeyd olunur ki, ölkə hüdudlarından kənarda Gürcüstan vətəndaşları “cinayət planlarına” cəlb olunub, xüsusən də Ukraynada döyüşən gürcülərin konkret bir hissəsi.

DTX hazırkı hərəkətlərdən danışır və bildirir ki, plana əsasən, ayrı-ayrı siyasətçilər və aksiyanın “radikal” təşkilatçıları Tbilisinin yol qovşaqlarını iflic etməyi, dövlət qurumlarına və strateji obyektlərə giriş-çıxış yollarını bağlamaq-barrikada etmək, dəmir yolunu bağlamaq, çadır şəhərciklərinin qurulması, hüquq-mühafizə orqanlarının yerləşdirmə bazalarının bloklanması və s. nəzərdə tuturlar.

“Aksiyada iştirak edən gəncləri təxribatlara uymamağa çağırır və təşkilatçılara müraciət edirik ki, onların dağıdıcı planları həyata keçiriləcəyi təqdirdə, hüquq-mühafizə orqanları tərəfindən hadisələrin eskalasiyası, ölkədə iğtişaşların, vətəndaş qarşıdurmasının qarşısının alınması və sülhün qorunması üçün dərhal qanuni tədbirlər görüləcək”, - bəyanatda deyilir.

“Gürcü Arzusu” və DTX bundan əvvəl də bir neçə dəfə dövlət çevrilişi ilə bağlı açıqlamalar versələr də, heç bir halda sübut təqdim etməyib, istintaqı və onun nəticələrini ictimaiyyətə açıqlamayıblar.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა