Gürcüstanın futbol üzrə milli komandası vətənə qayıdıb

Gürcüstanın futbol üzrə milli komandası vətənə qayıdıb.



Azarkeşlər onları qarşılamaq üçün hava limanına toplaşıblar.

Təyyarə saat 07:30-da eniş etməli idi, lakin uçuş 2 saat gecikib.

Futbolçular hava limanından avtobusla aparılıb.

Təyyarədən endikdən sonra avtobusa minməzdən əvvəl futbolçular əl çalaraq azarkeşlərə təşəkkür ediblər.

Bu gün, iyulun 2-də saat 22:00-da Azadlıq meydanında milli komanda ilə
görüş keçiriləcək.

Bundan əvvəl saat 21:30-da futbol komandası açıq avtobusda Mixail Mesxi adına stadiondan Azadlıq meydanına doğru yürüşə başlayacaq.

Gürcüstanın milli futbol komandası tarixdə ilk dəfə Avropa çempionatında mübarizə aparıb və İspaniya ilə oyundan sonra 1/8 finalda turnirdən kənarlaşdırılıb.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google