DTX: Rus işğalçı qüvvələri Dirbi kəndi yaxınlığında 2 vətəndaşı qanunsuz olaraq saxlayıb

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dirbi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.


“Dövlət Təhlükəsizliyi Xidməti qeyd olunan hadisə ilə bağlı məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.
Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət Rusiyanın işğalçı qüvvələrinin üzərinə düşür”,
- bəyanatda deyilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google