Oyun öncəsi gürcü və türk azarkeşlər arasında davaya görə UEFA
hər iki ölkənin federasiyalarını cərimələyib.
Gürcüstan Federasiyası 30 min avro, Türkiyə isə 25 min avro
cərimələnib.
Almaniya da cərimələnib – UEFA azarkeşlərin
Cristiano Ronaldo ilə
şəkil çəkdirmək üçün meydançaya girməsinə görə 20 min avro
cərimələnib.
Ümumilikdə, bütün ölkələr üzrə cərimələr 1,3 milyon avro təşkil
edib. Yalnız Slovakiya və İspaniya cərimə olunmayıb.