Zaza Saralidze rus qanununun geri çağırılması tələbi ilə aclıq aksiyasına başlayıb
Zaza Saralidze rus qanununun geri çağırılması tələbi ilə aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı “Netgazet”ə Zaza Saralidzenin özü təsdiqləyib.

Davit Saralidzenin atası Mamuka Mdinaradzeyə müraciət edərək deyib ki, bu gün ikinci oğlunun Avropa gələcəyi üçün özünü qurban verir. Zaza Saralidze vurğulayıb ki, rus qanununun məqsədi şəffaflıq deyil, hakimiyyətə qarşı çıxanları satqın kimi qələmə verməkdir.

“Kim siyasətlə məşğuldur?!
Mamuka [Mdinaradze] əgər deyirsən ki, mən xalqın yanına gəlib özümü bu ideyaya qurban verməliyəm, gəlirəm. Oğlumun Avropa gələcəyinə, oğlumun azadlığına və oğlumun yaşıdlarının azadlığına bu gün özümü qurban verirəm. Mən aclıq aksiyası elan etdim. Gürcüstanı satqın kimi birbaşa təhqir edən bu rus qanununu Parlament geri götürməyincə mən buradan getməyəcəyəm. Qeyri-hökumət təşkilatlarını xarici ölkənin maraqlarını həyata keçirən kimi elan etmək lazımdır deyirsənsə, mən köməyə gəlməliyəmmi? Onda mən kiməm?! İnsanlara niyə yalan danışırsan ki, şəffaflıq istəyirsən?! Şəffaflıq istəyirsinizsə, vergi qanununu düzəldin və onlara satqın damğası vurmayın",
- Saralidze bildirib.

Zaza Saralidze hökumətin dünənki mitinqindən də danışıb:

“Dünən mitinqdə olanların hamısı xilas oldu. Bu insanlar, forma geyinən cəsur oğlanlar, hamısı xilas oldu. Mən bütün insanlara xahiş və müraciət etmək istəyirəm - övladlarınızı mitinqə tək buraxmayın, çıxın ki, bu gün bizim uşaqlarımızın gələcəyini öldürürlər, diri uşaqlarımızı öldürürlər. Dünən axşam aclıq aksiyası elan etdim”, - Zaza Saralidze bildirib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები