Prezident “Ofşor qanunu”na veto qoyub və əsaslandırılmış
fikirlərlə onu Parlamentə qaytarıb.
Məlumatı Prezident Administrasiyası yayıb.
Aprelin 19-da “Gürcü arzusu” iqtisadi səmərə əldə etmək məqsədi ilə
vergi məcəlləsinə sürətləndirilmiş dəyişiklik edib ki, bununla da
biznesin ofşor zonalardan Gürcüstana köçürülməsinə vergi güzəştləri
tətbiq olunacaq.
Hökumətin əlehdarları qanunun “Gürcü arzusu”nun fəxri sədri Bidzina
İvanişvilinin maraqlarına uyğun olduğunu və sanksiyalar
gözləntilərinin
artması ilə əlaqəli olduğunu düşünürlər.
Yeni qanuna əsasən, xarici müəssisənin bütün aktivləri (səhmləri
daxil olmaqla) Gürcüstan müəssisəsinə verildiyi təqdirdə şirkət bir
dəfə gəlir və mənfəət vergisindən azad ediləcək.
Sadə dillə desək, aktivin ofşordan Gürcüstan hüquqi şəxsinə
verilməsinə vergi tutulmayacaq. Bundan əlavə, ofşorda qeydiyyatdan
keçmiş şirkətin müxtəlif növ aktivləri varsa, məsələn, təyyarə,
avtomobil Gürcüstana gətirilərkən idxal vergisi ödəməyəcək.
Müəssisələrin ofşor zonalardan köçürülməsi üçün güzəştli şərtlər
2028-ci ilin yanvar ayına qədər davam edəcək.
Nəzərə alsaq ki, bu gün Gürcüstanda mənfəət vergisi 15%, gəlir
vergisi 20%, idxal vergisi isə 5% və ya 12% təşkil edir [malların
növlərinə görə dəyişir].
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.