Marneuli meriyası Mədəniyyət Mərkəzinin bərpasına 3 000 000 lari xərcləyəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Mədəniyyət Mərkəzi binasının bərpasını planlaşdırır.

Marneuli meriyası Mədəniyyət Mərkəzi binasının bərpa işləri üçün lazımi smeta sənədlərinin tərtib edilməsi ilə bağlı 99 600 lari dəyərində tender elan edib.

Tender təklifinə görə, Mədəniyyət Mərkəzinin tam bərpası planlaşdırılır. İşlər isə sonrakı istiqamətdə aparılmalıdır:
  • Bayır fasad divarlarının bərpası;
  • Binada imkan daxilində 2 məkanın tikilməsi (xoreoqrafiya və
    teatr məşqləri üçün);
  • Məkanda istilik/sərinləşdirmə/havalandırma sistemləri, ayaqyolu, liftin quraşdırılması nəzərdə tutulacaq;
  • Binanın dam örtüyünün tam bərpası;
  • Mövcud zirzəmilərin bərpası;
  • Yanğın halları üçün nərdivanın bərpası;
  • Zalda: Səhnənin səthi dəyişdirilməsi, səhnə mexanizmlərinin bərpası/dəyişdirilməsi, işıqların quraşdırılması, səs əks etdiricilərinin yerləşdirilməsi, tamaşaçı üçün oturacaqların dəyişdirilməsi, səs sisteminin düzülməsi;
  • Müxtəlif otaqlarda arakəsmələrin quraşdırılması/ofis sahələrinin bərpası;
  • Mövcud ayaqyolunun bərpası;
  • İki geyim otağının quraşdırılması (kostyumlar və tamaşaçılar üçün);
  • Binanın əsas girişində kiçik muzey guşəsinin yaradılması;
  • Qrim otaqlarının quraşdırılması;
  • Səhnənin arxa tərəfində, binanın üzərində bir açılış və dekorasiya gətirmək üçün giriş qapısının qurulması;
  • Binanın girişində turniklərin quraşdırılması;
Tender sənədlərinə görə, Marneuli Mədəniyyət Mərkəzi binasının bərpa işləri üçün təxmini vəsait 3 000 000 laridir.

Marneuli meriyası Mədəniyyət Evinin yendiənqurması/bərpası üçün smeta sənədlərinin tərtib edilməsi alqı-satqısını 21 may tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 31 may tarixindən, 3 iyun tarixinə qədər öz təkliflərini göndərə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandqdan sonra 120 gün ərzində smeta sənədlərini meriyaya təhvil verməlidir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google