Mayın 11-də Tbilisidə “Rus qanununa" qarşı nümayiş elan edilib.
Bu barədə mitinqin təşkilatçılarından biri məlumat verib.
“Bu tarixi xatırlamağınızı istəyirəm - mayın 11-də biz
birlikdə çox böyük nümayiş təşkil edəcəyik. Böyük, dinc, güclü və
inamlı nümayiş. Təqvimlərinizdə qeyd edin. Ola bilsin ki, buraya
gəlməyən kimisə tanıyırsınız və hamımız bunu mayın 11-dək tapşırıq
olaraq qəbul edək, bu zamana qədər buraya gəlməmiş insanları
bizimlə birlikdə gətirək”, - o, dedi.
Artıq “Rus qanununa” qarşı etiraz aksiyaları ikinci həftədir ki,
genişmiqyaslı şəkildə davam edir. Aksiyaları dağıtmaq məqsədilə,
Xüsusi Təyinatlılar gözyaşardıcı qaz, habelə bibər qazı və su
şırnaqlarından istifadə edirlər. 1 may tarixində keçirilən mitinq
zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib. Etiraz aksiyaları
ölkənin böyük şəhərlərində də keçirilir. Tbilisidə Parlamentin
yaxınlığında başlayan və daha sonra yürüşlə Qəhrəmanlar Meydanına
doğru hərəkət edən dünən keçirilən aksiyaya rayonlardan olan
vətəndaşlar da qoşulub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.