Baş nazir İrakli Kobaxidze iddia edir ki, Avropa komissarlarından
biri onu Slovakiyanın baş naziri Robert Fizonun
taleyini bölüşməklə hədələyib. Lakin onun kim olduğu
açıqlanmır.
Xatırladırıq ki, mayın 15-də Fizo küçədə güllələnərək
yaralanıb.
“Cəmiyyət “Şəffaflıq haqqında” qanun ətrafında baş
verənləri müşahidə edir və görür ki, bir sıra yüksək rütbəli xarici
siyasətçilər gürcü xalqına və seçdikləri hakimiyyətə qarşı hətta
açıq şantajdan belə çəkinmirlər. Biz bu cür təhqiramiz şantajlara
çoxdan öyrəşmişik və bu, həm cəmiyyət, həm də hakimiyyət üçün
mahiyyət etibarı ilə aktuallığını itirib.
Lakin uzun sürən şantaj şəraitində belə, Avropa komissarlarından
biri ilə telefon danışığı zamanı səslənən təhdid şok yaratdı.
Xüsusilə, Avropa komissarı mənimlə söhbətində Qərb siyasətçilərinin
şəffaflıq qanununa vetonu dəf etdikdən sonra görə biləcəyi bir sıra
tədbirləri sadaladı və bu tədbirləri sadalayarkən qeyd etdi ki,
“Fizonun başına gələni gördünüz, ehtiyatlı
olmalısınız”, - Gürcüstan hökumətinin rəsmi saytında
dərc olunan bəyanatda deyilir.
Kobaxidze yazır ki, o, bu məlumatı profilaktika məqsədilə
açıqlayır. Baş nazir “Qlobal Müharibə Partiyası” ilə bağlı sui-qəsd
nəzəriyyələrini yaymaqda davam edir və iddia edir ki, “ilkin
məlumatlara görə, baş nazirə hücumun arxasında Qlobal Müharibə
Partiyasının xüsusi xidmət orqanları ilə xüsusilə sıx əlaqəli olan
ölkələrdən birinin xüsusi xidmət orqanları dayanır".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.