Gürcüstan hökumətinin qərarına əsasən, 2024-cü il iyulun 1-dən
müəllimlərin əməkhaqqı ilə bağlı yeni siyasət həyata keçiriləcək
və müəllimlərin əməkhaqqı artacaq.
Hökumətin ən mühüm prioritetlərindən biri şagirdlərə keyfiyyətli
təhsil verməkdir ki, bunun da ilkin şərti müəllimlərin layiqli əmək
haqqının təmin edilməsidir. Tədris saatlarının sayını, iş
təcrübəsini, akademik keyfiyyəti və təbii ki, mövcud statusları
nəzərə alan yeni əmək
haqqı sistemi məhz buna xidmət edir.
Yeni siyasətə əsasən, bütün dövlət məktəblərinin müəllimləri və
xüsusi müəllimlərin maaşı orta hesabla 500 lari artacaq.
Bu gün sistemdə 52 mindən çox müəllim var və orta hesabla
- 21000-dək müəllimin əmək haqqı - 500 lari
- 8000-ə qədər müəllimin əmək haqqı - 600
lari
- 5000-ə qədər müəllimin əmək haqqı – 700
lari
- 3000 müəllimin əmək haqqı 800 lari artır ki, bu da
müəllimlərin 70%-dən çoxunu təşkil edir.
Müəllimlərin təxminən 25 faizinin maaşı 300-dən 400 lariyə qədər
artır. Qeyd edək ki, heç bir müəllim maaş artımı olmadan qalmayacaq
- ən azı 200 lari artım, hətta kiçik bir saatlıq dərs yükü də olsa,
tamamilə bütün müəllimlərə təsir edəcək. Müəllimlərin təxminən 5%-i
bu qrupa aiddir.
Maaş islahatı ilə paralel olaraq karyera sxeminin inkişafı üzrə də
işlərə başlanılır. Bu məqsədlə Gürcüstanın Təhsil, Elm və Gənclər
Nazirliyində bütün maraqlı tərəfləri cəlb etməklə xüsusi inklüziv
komissiya yaradılır. İşçi qrup bu ilin sonuna kimi beynəlxalq
təcrübə və yerli tədqiqatlar əsasında təkmilləşdirilmiş model
hazırlayacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.