Marneuli meriyası Marneuli şəhərində küçələrin və Marneuli
bələdiyyəsinin iki kəndi, Hallavar,
Qızılhacılı kəndlərində küçə işıqlarının qurulması işlərinin
alqı-satqısı üçün 299 284 lari dəyərində tender elan edib. Tender
sənədlərinə görə, küçə işıqları Marneulinin 12 küçəsində
quraşdırılacaq:
- Nərimanov küçəsi
- Nizami Küçəsi
- Rustaveli küçəsi
- Sayatnova küçəsi
- Sulxan-Saba küçəsi
- Qurbanov küçəsi
- Candar qəsəbəsi
- Keçmiş #1 hərbi məntəqə
- Marneuli şəhər #1 küçənin sonuncu hissəsi
- İ.Beritaşvili küçəsi
- Borçalı küçəsi
- Musxelişvili küçəsi
Hallavar kəndində
mərkəzi küçədə küçə işıqları quraşdırılacaq.
Qızılhacılıda isə 9 məhəllədə küçə işıqları quraşdırılacaq:
- Qızılhacılı kəndi Bakı küçəsi (I, II, III
döngələr)
- Qızılhacılı kəndi Tbilisi küçəsi (I, II, III
döngələr)
- Qızılhacılı kəndi Qoqebaşvili küçəsi
- Qızılhacılı kəndi Tsereteli küçəsi
- Qızılhacılı kəndi Çavçavadze küçəsi
- Qızılhacılı kəndi Mehti Hüseyn küçəsi
- Qızılhacılı kəndi Paliaşvili küçəsi
- Qızılhacılı kəndi Dumbadze küçəsi
- Qızılhacılı kəndi Meqobroba küçəsi.
Küçə işıqlarının quraşdırılması ilə bağlı tenderdə iştirak etmək
istəyən şirkətlər 27 iyun tarixindən 2 iyul tarixinə qədər iştirak
edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 27 gün
ərzində işləri təhvil verməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.