Gürcüstanın Baş prokuroru İrakli Şotadze “səhhətindəki ağır
vəziyyətə görə” baş prokuror postundan istefa verib.
O, açıqlamasında deyib ki,
“həkimlərin tövsiyələrini
nəzərə alaraq bu ən çətin qərarı verməlidir”.
İrakli Şotadzenin sözlərinə görə, o, bir neçə aydır ki, xaricdə
müalicə alır.
"Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk
etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz
səlahiyyətlərimi həyata keçirməyə davam edə
bilmərəm”.
Baş prokror artıq istefası ilə bağlı Parlamentə müraciət etdiyini
də bildirib.
Qeyd edək ki, İrakli Şotadze 2015-ci il noyabrın 19-dan baş
prokuror vəzifəsini tuturdu. 2018-ci il mayın 31-də Zaza
Saralidzenin ailəsi və tərəfdarlarının Xorava küçəsində baş vermiş
qətl işi ilə bağlı etirazları fonunda Şotadze tutduğu vəzifədən
istefa verib.
2020-ci il fevralın 18-də o, parlament tərəfindən yenidən Baş
prokuror vəzifəsinə təyin edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.