Mən futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını
xatırlamalarını söylədim və bu gün bunu parlaq şəkildə etdilər.
Bunu Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Almaniyada
təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda
Portuqaliyaya qarşı oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis nə olur-olsun, intizamı qorumağın vacibliyini söyləyib:
"Düzünü desəm, oyundan əvvəl futbolçulara nə dediyimi
xatırlamıram, amma mesaj öz futbolunu oynamaq idi. Top sizdə
oldu-olmadı, intizamı qoruyun".
Qeyd edək ki, F qrupunda baş tutan Gürcüstan - Portuqaliya matçı
birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan ən
yaxşı qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415