Xüsusi istintaq xidməti 13 yaşlı yeniyetmənin intim fotolarını
paylaşan 28 yaşlı kişini saxlayıb.
Zərərçəkmiş və təqsirləndirilən şəxslər Facebook sosial şəbəkəsi
vasitəsilə əlaqə saxlayıblar və bundan əvvəl onlar bir-birləri ilə
Tiktokda tanış olublar.
“[Video danışıq zamanı] təqsirləndirilən şəxs azyaşlını
hədələyərək paltarlarını tam soyunmağı tələb edib. Video zənglə
əlaqə saxlayarkən azyaşlı təqsirləndirilən şəxsin skrinşotlar
çəkdiyini görüb. O, təqsirləndirilən şəxsdən intim məzmunlu
şəkilləri silməyi xahiş edib", - Xüsusi İstintaq
Xidməti qeyd edir.
İstintaqın məlumatına görə, 13 yaşlı qızın üzərində çılpaq
göründüyü fotoları tezliklə sosial şəbəkələrdə yayılıb. Naməlum
şəxslər yeniyetmə ilə əlaqə saxlayıb və şəkilləri anasına
göndərməklə hədələyiblər.
“Müttəhimin mobil telefonunda digər yetkinlik yaşına
çatmayan qızların intim məzmunlu fotoları da aşkar
edilib”, - istintaq orqanı qeyd edib.
Saxlanılan şəxsi 7 ilə qədər həbs gözləyir - istintaq Cinayət
Məcəlləsinin şəxsi həyatın toxunulmazlığına qəsd kimi
qiymətləndirilən 157-ci Prima maddəsi ilə aparılır.
Bu, Xüsusi İstintaq Xidmətinin azyaşlının intim fotolarını
yaydığına görə kimisə həbs etməsi ilk hal deyil. Oxşar hadisə bir
neçə həftə əvvəl də baş vermişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415