Gürcüstan Milli Güləş Federasiyasının məlumatına görə, Miranda
Kapanadze Serbiyanın Novi Sad şəhərində keçirilən
turnirdə sərbəst güləş üzrə 4 döyüşün hamısında qalib gələrək 17
yaşadək gənclər arasında Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, gürcü güləşinin uzun tarixində ilk dəfədir ki,
ölkəmizin qadınlardan ibarət milli və ya yaş yığmasının üzvü bu
səviyyədə yarışda çempion olur.
Miranda
Kapanadze Avropa çempionatının final mərhələsində çexiyalı
Lana Peziçi (8:0), rusiyalı Doljon Tsinguevanı (8:6) və
azərbaycanlı Fidan Babayevanı (8:0) məğlub edib.