Polis Tbilisidə “Liberty Bank”ın sürətli köçürmə aparatını qarət etməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin İsani-Samqori İdarəsinin əməkdaşları həyata
keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1989-cu ildə
anadan olmuş İ.Q.-ni oğurluğa cəhd ittihamı ilə
saxlayıblar.
Bu
barədə məlumatı "Interpressnews"a DİN-dən veriblər.
“Polis müttəhimi Poniçalada “Liberty Bank”ın sürətli
köçürmə aparatını qarət etməyə cəhd edərkən elə həmin an
saxlayıb.
Gürcüstan Cinayət Məcəlləsinin oğurluğu nəzərdə tutan 19-177-ci
maddəsinin 3-cü hissəsi ilə istintaq davam edir”, –
Daxili İşlər Nazirliyi tərəfindən yayımlanmış məlumatda
deyilir.
Nazirliyin məlumatına görə, törədilmiş cinayətə görə 4 ildən 7
ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.