"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili
işidir. Dünən şəhid ailələri ilə görüşüm Ermənistandakı
hadisələrdən əvvəl idi. Bu çıxışımdan sonra hadisələrdən məlumat
aldım. Hadisələr göstərdi ki, mən haqlı idim".
Bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında
deyib.
"Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki,
orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə
sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki
rəhbərləridir.
Onlar nə qədər torpaqlarımızı işğal altında saxlamaq
istəyidirlərsə, o qədər asılı vəziyyətə düşürdü. Ermənistanı
ardıcıl şəkildə bütün beynəlxalq, regional layihələrdən təcrid
etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək,
təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt
gizlətmirdim.
Açıq şəkildə dəfələrə deyirdim ki, bu siyasəti o vaxta qədər
aparacağıq ki, torpaqlarımız işğaldan azad olunsun. İşğal altında
olan ərazilərimizdən silahlı qüvvələrini çıxartsınlar, sonra
əməkdaşlıq da ola bilər, siyasətimizdə də dəyişiklik ola bilər.
Əfsus ki, nə əvvəl, nə sonra çağırışlarımıza qulaq asmadılar. Qulaq
assaydılar belə rəzil duruma düşməzdirlər", - dövlət
başçısı əlavə edib.
Mənbə: report.az