Ukraynanın prezidenti Vladimir Zelenski koronavirusa qarşı
vaksinasiya olunub.
Bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, V.Zelenski Donbasa münaqişə zonasına səfəri zamanı
bunu edib. O, peyvənd olunması ilə bağlı fotosunu tvitter
səhifəsində paylaşıb.
Ukraynanın səhiyyə naziri Maksim Stepanov V.Zelenskinin
nümayişkaranə peyvənd olunmasını sifariş edilən “AstraZeneca”
vaksininin keyfiyyətini ukraynalılara göstərməyə cəhd olduğunu
bildirib.
Qeyd edək ki, fevralın 22-də Ukraynanın Səhiyyə Nazirliyi “Pxford”
və “AstraZeneca” şirkətlərinin hazırladığı vaksinləri qeydə
alıb.
Fevralın 24-dən Ukraynada tibb işçilərinin vaksinasiyası
başlayıb.
Mənbə: report.az