Gürcüstan bu gündən etibarən Türkmənistan, Özbəkistan, Tacikistan
və Qırğızıstan vətəndaşları üçün hava sərhədlərini açıb.
Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, Mərkəzi Asiyanın 4 ölkəsindən Gürcüstana hava yolu
ilə səfər edəcək vətəndaşlar PCR testinin mənfi nəticəsini
təsdiqləyən arayış təqdim etməklə ölkə ərazisinə daxil ola
biləcəklər.
Əcnəbi ziyarətçilərin üç gündən sonra öz hesablarına PCR testdən
keçməklə bağlı öhdəlikləri olacaq.
Mənbə: report.az