“Düşünürəm ki, 2021-ci il növbəti COVID-19 ili
olacaq”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun
direktoru Hans Klüge “Die Welt” qəzetində cümə günü dərc olunan
müsahibəsində deyib.
Onun sözlərinə görə, indi hadisələri daha yaxşı proqnozlaşdırıb
idarə etmək mümkündür:
“2020-ci ildə həm səhiyyə, həm
də siyasət sferasında yalnız qeyri-müəyyənlik var idi. Bir il sonra
daha çox şey bilirik, alətlərimiz, diaqnostika proqramlarımız,
peyvəndlərimiz var”.
H.Klüge vurğulayıb ki, 2022-ci ilin əvvəllərində pandemiyanın
bitəcəyini düşünür, ancaq bu, virusun itib gedəcəyi demək
deyil.
ÜST rəsmisi peyvənd məsələsində səbrli olmağa çağırıb:
“Başlanğıcda həmişə tələb təklifi üstələyir. Bütün
planet sakinlərini bir anda peyvənd eləmək
olmaz”.
H.Klüge ÜST-nin tövsiyəsi olmasa da, Avropada vətəndaşların yayda
peyvənd pasportları alacağının, çox güman, qaçılmaz olduğunu
söyləyib. Bununla belə, o, bunun qeyri-bərabərliyi artıracağını
vurğulayıb.
Mənbə: report.az