Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çeni In
bildirib ki, ölkə ABŞ-ın yeni administrasiyası ilə dialoqa hazır
olduğu kimi, həm də qarşıdurmaya hazır olmalıdır.
Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) xəbər
verib.
Qeyd edilir ki, Kim Çen In Koreya Xalq Demokratik Respublikasının
Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxış edib.
İclasda Amerikanın yeni administrasiyasının Pxenyanla bağlı
siyasəti təhlil edilib.
"Baş katib (Kim Çen In-red.) bizim dövlətimizin
hərtərəfli üstünlüyünü qorumaq üçün (ABŞ-la-red) dialoqa olduğu
kimi, həm də qarşıdurmaya hazırlıq ehtiyacını
vurğuladı", - STAK Şimali Koreya liderindən sitat
gətirib.
Mayda ABŞ prezidenti Co Bayden bildirib ki, əgər Kim Çen In
nüvəsizləşməyə razılaşsa, Şimali Koreya lideri ilə görüşməyə
hazırdır. Ağ Evin mətbuat katibi Cen Psaki isə deyib ki, ABŞ Koreya
Xalq Demokratik Respublikası barəsində siyasətinə yenidən baxmasını
qurtarıb. Onun sözlərinə görə, yeni siyasət ABŞ-ın əvvəlki iki
prezidentinin kursundan fərqlənir.
Mənbə: report.az